Day, Month 00, Year
00: 00: 00 AM
Paşinyan bu müsahibəsi ilə Bakını sevindirdi

Ermənistan baş naziri Nikol Paşinyanın dünya liderlərinə Azərbaycanı dayandırmaq üçün zəngləri artıq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də gülüş hədəfinə çevrilib. İş o yerə çatır ki, Rusiyanın ən məşhur kanallarından olan “Rossiya-1” belə canlı efirdə Putinə Paşinyanın zəng etməsi və Rusiya liderinin ona verdiyi cavabdan süjet hazırlayıb, Nikolu rüsvay edir.
Prezident İlham Əliyev də xalqa müraciətində bu məsələyə toxunmuşdu. Demişdi ki, mən heç kəsə zəng etmirəm, mənimlə əlaqə saxlayırlar, Ermənistan baş naziri isə hamıya zəng edib, döyüşün dayandırılması üçün yalvarır.
İlham Əliyev döyüşün dayandırılması üçün şərtini də açıqlamışdı. O demişdi ki, Paşinyan 2019-cu ildə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə, Azərbaycan xalqını təhqirə cəhd edib; döyüşlərin dayanması və sülh danışıqlarının başlaması üçün şərtlərdən biri Paşinyanın o sözə görə Azərbaycan xalqından üzr istəməsi, eyni zamanda “Dağlıq Qarabağ Ermənistan deyil” deyə, rəsmən bəyan etməsi ola bilər.
Nikol nə etdi?
Ötən gün BBC kanalına müsahibəsində Nikol Paşinyan bir daha “Artsax (Qarabağ) Ermənistandır” deyə, bəyan etdi.
Aylardır məhz bu sözün – “Qarabağ Ermənistandır” sözünün - danışıqlar prosesini tamamilə dalana dirədiyi, bu ifadədən sonra münaqişənin sülh yolu ilə həlli üçün heç bir yol qalmadığı bildirilir.
Digər mühüm məsələ isə Paşinyanın hakimiyyətə gəldikdən sonra danışıqların formatını dəyişməyə cəhd göstərməsi, danışıqlar masasına “dqr”i oturtmağa çalışmasıdır. Baxmayaraq ki, Azərbaycan bu təşəbbüsü ilk andaca rədd etdi və ATƏT-in Minsk Qrupu da danışıqlar formatının dəyişilməsinə cəhdin qəbuledilməz olduğunu, bunun sülh prosesinə ağır zərbə vurduğunu bildirdi, Paşinyan ötən gün yenidən bu sözü təkrarladı və danışıqlar formatının dəyişilməsində hətta indi də israrlı olduğunu göstərdi.
Faktiki olaraq, Nikol Paşinyan Qarabağda başlayan müharibənin dayandırılması üçün siyasi proseslərə başlamaq iqtidarında olmadığını bir daha ortaya qoydu.
Faktiki olaraq Paşinyan bir daha sübut etdi ki, danışıqlar mənasızdır!
Faktiki olaraq Prezident İlham Əliyevin xatırlatmasına baxmayaraq, “Artsax Ermənistan” sözünü yenidən dilə gətirməklə müharibəni daha da alovlandırdı.
Əslində, Azərbaycan xalqı israrla döyüşün sona qədər davam etməsini istəyir; Ali Baş Komandanın möhtəşəm hərbi-siyasi İRADƏSİ də ortadadır. Bu baxımdan Nikol əslində Azərbaycan xalqının ürəyindən xəbər verir...
Demək, savaş daha ağır formada, hər cəbhədə və hər dəqiqə davam etməlidir və edəcək!
Amma... Bunun bütün məsuliyyəti Dağlıq Qarabağı işğal edən, orda işğalçı ordusunu saxlayan və Azərbaycanı, Azərbaycan xalqını təhqirə cəhddə davam edən Ermənistan hakimiyyəti və birbaşa Nikol Paşinyanın üzərinə düşür.


Tarix: 17-10-2020, 17:58 Oxunub: 136


Bölməyə aid digər xəbərlər