Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən QanunXəbər.coma bildirilib ki, məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüququ pozma cəhdlərini qətiyyətlə pisləyiblər.
Ukraynalı deputatlar mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını qeyd ediblər.





































