22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Ağakərim bəy, Mübariz zirvəsi artıq bizdədir və həmin zirvəyə Azərbaycan bayrağı sancılıb.Özünüzü necə hiss edirsiz?
Mübariz xalqın oğludur!
-Mübariz təkcə mənim deyil, ürəyi vətənpərvərlik hisləri ilə döyünən hər bir azərbaycanlının, xalqın, elin övladıdır. Mən bir valideyn olaraq fəxr edirəm.Ordumuz qələbə çaldıqca, mən qürur hiss keçirirəm.
Son günlər ordumuzun qazandığı qələbə göz qabağındadır. Addım-addım Qarabağ işğaldan azad olunur.
Azərbaycan ordusu haqq yolunda döyüşür!
- Bəli qızım, ordumuz müqəddəs və tarixi ordudur. Orduda döyüşmək hər adama qismət olmur. Azərbaycan ordusu haqq yolunda döyüşür. Biz öz torpağımızın bütövlüyü uğrunda döyüşürük. Amma düşmən isə, böyük Ermənistan yaratmaq üçün döyüşür.Bütün bunlar həqiqətdir.
Təsadüfi deyilmir ki, Qarabağ Azərbaycandır!
İşğal altında olan bir neçə kəndimiz və Cəbrayıl şəhəri artıq azad olundu. Mübarizin və digər şəhidlərimiz ruhu demək olar ki, rahatdır.Çünki qisas alınır. Ağakərim bəy, bu, sözlə ifadə olunmayan gözəl hislərdir. Elə deyilmi?
Bizim düşmənimiz çoxdur
-Mən bir azərbaycan vətəndaşı olaraq, Qarabağın azad olunmasını böyük səbirsizliklə gözləyirəm. Hər birimiz bu yolda mübarizə aparmalıyıq, bir olmalıyıq. Çünki , biz indi gördük nə qədər düşmənimiz və nə qədər dostumuz var. Dediyimiz hər sözə, yazdığımız hər cümləyə, bir sözlə hər bir informasiyaya diqqət eməliyik ki, düşmən bundan istifadə etməsin.
Maraqlıdır, ilk dəfə sizə Cəbrayılın işğaldan azad olunması qələbə xəbərini kim dedi?
Sevincimdən ağladım
-Oğlum Rəşad evə gəldi və "Ata Cəbrayıl alındı" dedi. Sevincimdən ağladım.
Hər qarış torpağımız alındıqca, Mübarizin qanı alınır.Qələbəyə doğru addımlayırıq.Nə düşünürsüz?
Gücümüzü bir-birinə deyil, düşmənə göstərməliyik!
-Mən ayrı-seçkiliq etmirəm. Mübariz kimi digər şəhidlər də, mənim övladımdır. Haqq mübarizəsində Azərbaycana qələbə arzu edirəm. Allah vətənimə, millətimə yar olsun. Biz indi bir-birimizi daha çox istəməliyik. İndi körpələrimizin gələcəyi üçün, gücümüzü düşmənə göstərəməliyik.Bir-birimizə deyil!
Ermənilərin məqsədi bizim dövlətimizi parçalamaqdır. Ancaq onlar buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan ordusu da, rəhbəri də çox güclüdür.
Ümid edirəm ki, hazırda aparılan məqsədyönlü siyasət nəticəsində, Qarabağ bütünlüklə erməni işğalından azad olunacaq və sizdən Milli qəhrəman atası olaraq, elə Qarabağda müsahibə alacağıq.
-İnşallah qızım, Allah Azərbaycanı və ölkəmizi sevənləri qorusun.
Təşəkkür edirik Ağakərim bəy.
-Buyurun, sizə işinizdə müvəffəqiyyətlər arzu edirəm.Uğur hər zaman sizinlə olsun
Bölməyə aid digər xəbərlər