Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanın “LORA” raketi: nəyə qadirdir?

Hazırda müharibə getdiyi bir dönəmdə əsas analitik və araşdırma yazılarımızı hərbi mövzuda dərc edirik.
Buna qədər artıq Azərbaycanın əlində olan “Polazen” raketləri və “Harop” kamikadze dronlarından yazmışdıq.
Bu dəfə bəhs edəcəyimiz Azərbaycan ordusunun sahib olduğu LORA raketlərindən olacaq. 2016-cı ildə Azərbaycan və Ermənistanla baş vermiş aprel döyüşlərindən sonra ölkələr ordularına yeni növ silah alışlarını intensivləşdirdilər. Daha dəqiq desək, Azərbaycanın güclü və müasir silahlaşması və üstünlüyünü nəzərə alan Rusiya hərbi müttəfiqi olan Ermənistan ordusuna “9K720 Iskander” raket kompleksini bağışladı. Həmin silahın hətta Azərbaycanla müharibə olarsa Ermənistanın istifadə etməsi də deyilirdi. Bu isə Rusiyanın icazəsi olmadan atılması qeyri-mümkündür.
Lakin, Azərbaycan buna adekvat cavab olaraq, yenidən həmin silaha alternativini aldı. Bu LORA-dır. İsrail Aerokosmik Sənayesi ilə Azərbaycanın danışıqları öz bəhrəsini verdi. Bu dəfə ölkəmiz daha müasir raket kompleksinə sahib oldu.
LORA (ing: Long Range Attack) – İsrail tərəfindən istehsal olunmuş kvaziballistik raket. Həm dənizdən, həm də qurudan istifadə etmək mümkündür.
Bu silahın hansısa ölkəyə satışı ilə bağlı dəqiq məlumatlar təqdim olunmur. Silah aralıq dənizində testi uğurla nəticələnib. Hələ ki, heç bir müharibədə LORA-dan istifadə olunmayıb. 27 sentyabrdan başlayan və hazırda da davam edən müharibənin 5-ci günündə Dağlıq Qarabağdan Ermənistana gedən yolun keçdiyi Həkəri çayı üzərindəki körpü raket zərbəsi ilə dağıdıldı. Həmin körpünün LORA ilə vurulmasını lentə alan videolar da görüntüləndi. Dərhal sonra İsrail KİV-də bununla bağlı xəbər yer alaraq bildirildi ki, bu əgər belədirsə, ilk dəfə LORA-nın müharibədə istifadəsi deməkdir.
Maksimum atəş məsafəsi 400 km olan bu raketin hədəfi məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. LORA həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə sahibdir.
Xarakteristikaları:

  • Çəkisi: 1.6-1.8 ton
  • Uzunluq: 5 m
  • Diametr: 610 mm
  • Döyüş başlığı: 570 kq
  • Maksimum atış uzaqlığı: 400 km
  • Təchizat: inersiyal naviqasiya, GPS və TV terminal

Tarix: 6-10-2020, 17:43 Oxunub: 96


Bölməyə aid digər xəbərlər