Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərin Azərbaycan sektorunda 27 yatağın hesablanması işlərinə başlanıb

Baxış: 328

SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb

Xəzərin Azərbaycan sektorunda 27 yatağın hesablanması işlərinə başlanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
Strateji yataqların karbohidrogen ehtiyatlarının “DeGolyer and MacNaughton” şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Əməkdaşlıq çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlanıldığı qeyd edilib.
Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlar və qarşılıqı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.