Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əhmədzadəyə bunu heç bağışlamaq olmaz...

Baxış: 297

7 ildir ki, qeyri-qanuni olaraq, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun ailəsinə məxsus torpaq sahələri əllərindən alınıb və külli miqdarda vəsait mənimsənilib. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Reaksiya TV-nin canlı yayımında məlumat verib.

Kürdoğlu Əsgərovun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə illərdir ki, Dilqəm Əsgərovun ailəsinə zülm edir və Əsgərovlar ailəsinin qanuni torpaq sahələri onların əlindən alınıb. Atasının 7 ildir ermənilər tərəfindən işgəncələrə məruz qaldığını və ailəsinin isə bu müddət ərzində Əhməd Əhmədzadə tərəfindən haqsızlıqla üzləşdiyini deyən Kürdoğlu Əsgərov əlavə edib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əsgərovlar ailəsinin 1 milyondan çox vəsaitini mənimsəyib.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.