20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
09:39 / 03-12-2024
Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan dərin kökə, zəngin mədəniyyətə malikdir. Ölkəmizdə deyilənləri təsdiqləyən yetərincə arxeoloji, tarixi, ədəbi, etnoqrafik və s. mənbələr mövcuddur.Xalqımızın zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun musiqisi tutur. Belə ki, əsrlər boyu könülləri riqqətə gətirən musiqimiz, xüsusən korifey sənətkarlarımızın sayəsində bu gün də ruhumuzu oxşamaqdadır. Bu sırada olan incilərimizi ən zəngin dəyər hesab edərək, onları müхtəlif şəkillərdə ifaçılıq qabiliyyəti və özəl xüsusiyyətləri ilə fərqlənən əlilliyi olan vətəndaşlarımıza ötürülmə məsələsi bizim aktual problemlərimizdəndir.
Musiqi insanlara təkcə estetik zövq vermir, o, həmçinin maarifləndirici və müalicəvi xüsusiyyətləri ilə də digər sahələrdən seçilir. Elmi qaynaqlarda verilən bilgilər və tarixi materiallarda toplanılan faktlardan bəlli olur ki, musiqiyə təkcə incəsənət növü kimi baxılmayıb, onun tərbiyəvi, psixoloji təsir gücünə malik olduğuna daha böyük qiymət verilib. Məhz buna görə də bir sıra risalələrdə musiqinin etik və estetik təsir gücünə xüsusi diqqət yetirilib.
Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə görmə, hərəkət və əqli məhdudiyyəti olan şəxslərin ifası üçün “Qəlbin nəğməsi” adlı musiqi albomunun işıq üzü görməsi xüsusi аktuаllıq kəsb еdir.
Bu layihə mədəniyyətimizin inkişafında Аzərbaycanın tanınmış gənc bəstəkarları sırasında adı daima çəkilən Əməkdar artist, dosent Vüqar Camalzadə tərəfindən işlənilib. Bir peşəkar musiqiçi kimi xüsusi qeyd etməliyəm ki, ifaçıların seçilməsində Vüqar müəllimin yaradıcı rəhbər rolu çox böyükdür. Yeni yaradıcılıq axtarışları aparanlar, yeni forma və texniki ifadə vasitələri üzrə virtuoz ifaçılıq nümayiş etdirən parlaq musiqiçilər də onun rəhbərlik etdiyi peşəkar qrup üzvləridir. Sevindirici haldır ki, musiqi albomu qoyulan tələblərə uyğun çox professional şəkildə, zövqlə ərsəyə gətirilmişdir və repertuar seçimi baxımından da təbii maraq doğurur.
Qeyd edək ki, albom tərtib edilərkən Azərbaycan bəstəkarlarının milli klassik musiqi nümunələrindən – mahnı, romans, eləcə də ən müxtəlif janrlarda və üslublarda yazılmış müasir bəstəkar əsərlərindən istifadə edilib. Həmçinin repertuar siyahısı üzrə nəzərdə tutulan əsərlər xalq çalğı alətləri (tar, ud, kamança, balaban, nağara) və Avropa çalğı alətlərindən (piano, klarnet, fleyta, trompet, alt saksafon, elektro və akustik gitara növləri) ibarət musiqi qrupu ilə müşayiət edilməsinə görə, mövzunun illüstrasiyalarına uğurlu nail olunub. Ümumiyyətlə, albomda yer alan musiqilər aranjiman baxımından müasir səslənməyə uyğun sistemləşdirilib.
Təqdirəlayiqdir ki, musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavada aid olan Azərbaycan Respublikasının Dövlət Himni, musiqisi A.Zeynallının, sözləri C.Cabbarlının olan “Ölkəm” romansı, musiqisi Z.Bağırov, sözləri Ə.Kürçaylının “Gözüm yoldadır” mahnısı, musiqisi E.Sabitoğlu, sözləri N.Rəfibəyliyə aid olan “Gözüm yaşla dolmasınmı”, musiqisi O.Kazımi, sözləri Ə.Kərimin “Nə gəlməz oldun”, musiqi və sözləri B.Nəsibovun olan “Qarabağ”, musiqisi S.Əliyeva, sözləri F.Qocaya aid olan “Əziz ana” və s. kimi maarifləndirici xarakter daşıyan bəstələr gözəl səsə malik olan müğənnilər tərəfindən müxtəlif janrlarda ifa olunub.
Arzulayırıq ki, gözəl səsə malik olan və adları musiqi albomunda çəkilən əlilliyi olan ifaçılarımız öz fəaliyyətlərini gələcəkdə də davam etdirsinlər. Onlar istedad və qabiliyyətlərini nümayiş etdirərkən daxili imkanlarını, vərdiş və bacarıqlarını artırmağa nail ola bilirlər. Bu baxımdan ifaçıların estetik tərbiyəsinin formalaşdırılması üçün layihənin faydalı xidmətinin ön plana çəkilməsi, onların əsl professional ifaçılıq pilləsinə doğru yüksələ bilmək məqsədini güdür.
Mən son illər ərzində əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan geniş layihə ilə ilk dəfədir ki, rastlaşıram. Düşünürəm ki uğurlu işlənilən layihə, bu insanların ifaçılıq səviyyəsinin yüksəlməsi və musiqi zövqü formalaşmasında zəmin yaradacaq. Onların Azərbaycan mədəniyyətinə böyük xidmət göstərə biləcəklərinə ümid bəsləyərək, dövlətimiz tərəfindən atılan addım bir əvəzsiz təkan kimi qiymətləndirilməlidir.
Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdimatında görmə, hərəkət və əqli məhdudiyyəti olan ifaçıların yaradıcılıq qolunu işıqlandıran “Qəlbin nəğməsi” adlı musiqi albomu təbii diqqətəlayiqdir.
Bölməyə aid digər xəbərlər