Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.





































