Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda idarəetməni itirən sürücü qəzaya düşərək öldü - VİDEO

Baxış: 371
Goranboyda sürücünün ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, ağır qəza Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
32 yaşlı Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, nəqliyyat vasitəsi yoldan çıxaraq asfalt yolun kənarındakı tut ağacına çırpılıb. Zərbənin gücündən avtomobil yenidən yola düşüb.
Ağır qəza zamanı Tapdıq Behbudov ağır yaralanıb. O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, T.Behbudovun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.