Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın dövlət informasiya ehtiyatlarında aparılan auditin nəticələri bəlli olub

Baxış: 339

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarında audit yoxlamaları aparıb.

“Sahibkartv.az” bu barədə XRİTDX-yə istinadən xəbər verir.
Monitorinq nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları və nöqsanlarına dair 146 audit məruzəsi hazırlayaraq, həmin boşluq və nöqsanların aradan qaldırılması üçün tövsiyələrlə birlikdə müvafiq qurumlara təqdim edib.
Qeyd edək ki, 2022-ci il ərzində dövlət informasiya ehtiyatlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları nəticəsində 553 məruzə hazırlanıb və müvafiq qurumlara xəbərdarlıq edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildə istifadəyə verilmiş “Elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından birinci rüb ərzində 1 830 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.