Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində beş yaşlı uşaq yaşadığı evin yeddinci mərtəbəsindən yıxılıb. Vesti.ru xəbər verir ki, hadisə nəticəsində azyaşlı sağ qalıb.
Bildirilib ki, azyaşlı evdə babası ilə qalıb. Pəncərənin açıq olduğunu görən uşaq həyətə baxmaq istəyib və yıxılıb.





































