Rusiyanın Rostov vilayətinin Salsk şəhərində yerli xəstəxananın doğum şöbəsindən yeni doğulmuş oğlan oğurlanıb.Rusiya İstintaq Komitəsinin yerli idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 25-də gecə saatlarında baş vermiş faktla bağlı cinayət işinə başlanılıb.
Müstəntiqlər və kriminalistlər hadisə yerində işləyirlər. Uşağı qaçırmış şəxsin axtarışları aparılır.





































