Day, Month 00, Year
00: 00: 00 AM
Polad Generalımız - VİDEO

General-mayor Polad Həşimov iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı erməni işğalçılarının hücum cəhdinin qarşısını alarkən həlak olub. Günlərdir ki, böyükdən-kiçiyə hər kəs generalımız haqqında yazılan xatirələri oxuyur, paylaşır. Günlərdir ki, insanların onu yaxından tanımamağı, onu yazılarda təsəvvür etməyi yandırır. Generalın şəhid olduğunu eşidən insanların onun evinin qarşısına toplaşmağı, böyük izdiham buna nümunədir.
Polad Həşimov dörd il bundan qabaq aprel döyüşlərində göstərdiyi xüsusi şücaətə görə Cənab Ali Baş komandan İlham Əliyev tərəfindən ən ali rütbə olan general rütbəsi ilə təltif olunur, ona medallar verilir və eyni zamanda evlə təmin olunur. Lakin həmin evi general şəhid ailəsinə bağışlayır.
45 yaşlı general-mayor Polad Həşimov sadə, təvazökar, vətənə sözün əsl mənasında canını fəda edən qəhrəman idi. Əsgərləri ilə sıx təmasda olan, onlar üçün yaşayan Polad Həşimov təmtəraqlı, bərli-bəzəkli söhbətlərdən həmişə qaçırmış. O, sevgisini yalnız əməlləri ilə göstərirdi. Necə ki, göstərdi.
Onun haqqında bilmədiklərimiz isə şəhadətindən sonra danışıldı, yazıldı və bu əhvalatlar xatirələrə çevrildi. Generalın həlak olmasından günlər keçir. Onun evinə getməyə nə qədər cəhd etsəm də, alınmırdı. Bəlkə də özümü bu yüksəklikdə görə bilmirdim. 
Nəhayət, onun yaşadığı, böyüdüyü evə gedə bildim. Özü kimi sadə, təmtəraqdan uzaq, isti evinə. Evin hər tərəfi onun şəkilləri ilə bəzənmişdi. Generalın günlərdir yemək yeməyən, ürəyinin yanğısını söndürmək üçün yalnız su içən anasının üzünə baxmaq isə dünyanın ən ağır işi idi, məncə.
Evdə isə günlərlə bitməyən insan axını, hər kəs onun yasını saxlayırdı, hər kəs onun yaşadığı bu evdə təsəlli axtarırdı. Polad Həşimovun anasının isə ürəkdağlayan cümlələri, qızı Aybənizin atası haqqında danışdıqları insana yalnız fəxr hissləri yaşadırdı.
Bütün bunları Baku Tv-nin xüsusi buraxılışında izləyə biləcəksiniz.


Tarix: 26-07-2020, 09:37 Oxunub: 263


Bölməyə aid digər xəbərlər