Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

Baxış: 259
“Bəhram Bağırzadənin yaxın günlərdə reanimasiyadan normal palataya köçürülməsi nəzərdə tutulur”.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib.
Həkim qeyd edib ki, B. Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır:
“Heç bir şikayəti yoxdur. Bədən hərarəti normaldır. Fəaldır. Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxeostoması qapalı saxlanılıb və bununla tənəffüsün təbii yolla olması təmin edilib.
Artıq buna tam əmin olduqdan sonra bu gün həmin traxeostomatik boru çıxarılıb. Yaxın günlərdə reanimasiya şöbəsindən adi palataya köçürülməsi nəzərdə tutulur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.