Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Həftəsonu qatarlar işləməyəcək - RƏSMİ

Baxış: 322
Həftəsonu elektrik qatarları hərəkətdə olmayacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.
İyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq.
Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.
31 iyul və 03 avqust tarixləri bayram və qeyri iş günləri olduğuna görə  saat 17-30 və 18-35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17-40 və 19-05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək.
Həmçinin, saat 07-40 və 09-15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08-00 və 09-20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.