Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bərdədə gənc iynədən şoka düşüb öldü - AÇIQLAMA

Baxış: 213
Xəbər saytlarında Bərdə rayonunda gəncin iynənin şokundan ölməsi barədə məlumat yayılıb.
İddia edilir ki, Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub və bundan sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə Oxu.Az-a açıqlamasında bildirib ki, mərhum xəstəxanada vəfat etməyib:
“Təcili Tibbi Yardım maşını onu xəstəxanaya gətirən zaman yolda ölüb. Məsələ barədə aidiyyəti qurumlara məlumat verilib. Necə ölməsi və nədən ölməsi barədə hüquq-mühafizə orqanları araşdırma aparır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.