Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Alstom” Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında maraqlıdır

Baxış: 275
Fransanın “Alstom” şirkəti Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında, eləcə də dəmir yolunda siqnalizasiya sisteminin modernləşdirilməsi layihələrində iştirakda maraqlıdır.
“Sahibkartv.az” xəbər verir ki, bunu “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov bu ölkənin səfirliyində Fransanın Milli “Xidmətlərə görə” ordeninin təqdim edilməsi mərasimində deyib.
Zeynalov xatırladıb ki, 2014-cü ildə “Alstom” və “Azərbaycan Dəmir Yolları” QSC arasında lokomotivlərin tədarükü ilə bağlı müqavilə imzalanıb və bu müqavilə artıq icra olunub. O, Azərbaycanda biznes mühitinin çox əlverişli olduğunu, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin yaradıldığını qeyd edib.
E.Zeynalova Fransanın Milli Xidmətlərinə görə ordenini Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib, “Alstom” şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi layihələrdən danışıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.