Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəisi Ərdoğanla danışdı: “Regionda sabitliyin yeganə yolu ölkələrin ərazi bütövlüyünə hörmət etməkdir”

Baxış: 250
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
Liderlər telefon söhbətində ikitərəfli və regional məsələləri müzakirə ediblər və Tehranla Ankara arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin artırılmasının vacibliyini vurğulayıblar.
İran prezidenti telefon söhbətində regionda davamlı təhlükəsizlik və sabitliyin yeganə yolu kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Tehrana səfər etməkdə maraqlı olduğunu bildirib. O, qeyd edib ki, Türkiyə İranla əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq istiqamətlərinin siyahısını hazırlayıb.
Rəisinin Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünə də toxunan Türkiyə lideri səfərin faydalı nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini ifadə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.