"Brent markalı neftin qiyməti 2021-ci ildə orta hesabla 71 dollar/barel təşkil edib. Orta qiymətin 2022-ci ildə 75 dollar/barel, 2023-cü ildə 65 dollar/barel, 2024-2025-ci illərdə isə 55 dollar/barel olacağını proqnozlaşdırırıq".Sahibkartv.az xəbər verir ki, bunu "S&P" qlobal reytinq agentliyi bildirib.
Agentlik qeyd edib ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır və bu sektor hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90%-ni təşkil edir və Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edir.





































