Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Palma yağında yeni rekord

Baxış: 284
Dünyanın ən böyük palma yağı istehsalçısı İndoneziya daxili bazarında artan bitki yağı qiymətlərini cilovlamağa çalışarkən, palma yağı qiymətləri gün ərzində rekord qıraraq tonu 1248 dollara (5228 ringgit) çatıb.
Marja xəbər verir ki, palma yağı, bitki yağı qiymətlərinin yüksəlməsi fonunda ən böyük istehsalçı olan İndoneziya daxili bazara fokuslandığı üçün rekordunu yeniləyib.

Aprel fyuçers müqavilələri çərşənbə günü 1,8 faiz artdıqdan sonra tonu 2% bahalaşaraq 1248,179 dollara (5228 ringgit) çatıb. Palma yağının ən yaxın yanacaq və qida əvəzedicisi olan soya yağı da üçüncü gündür bahalaşıb.
Ötən il 30 faizdən çox bahalaşan palma yağı 2022-ci ilin əvvəlindən bu yana 11 faiz dəyər qazanıb.
Əmtəə bazarı ekspertləri bildirirlər ki,  palma yağının qiymətinin yüksəlməsinin səbəbləri İndoneziyanın ixraca nəzarəti, neft qiymətlərinin artması və soya yağına Çikaqo və Dalian birjalarında tələbin artmasıdır. 
İndoneziya daxili bazara adekvat təchizat təmin etməklə artan yemək yağının qiymətlərini cilovlamaq üçün palma yağı ixracatçılarından satış planlarını bildirmələrini tələb edib. Bu təcrübə ilə ölkə, göndərmə bəyannaməsini təsdiqləməzdən əvvəl daxili bazarın kifayət qədər məhsula malik olub-olmadığına baxacaq.
İndoneziyanın 40 faiz palma yağından ibarət bioyanacaqları dizel yanacağına qarışdırmaq səyləri də palma yağına tələbatın artmasına səbəb olub. Ölkə fevral ayında yanacaqla işləyən bu hibrid avtomobillərin yol sınaqlarını keçirəcək və işləri 5 ay ərzində yekunlaşdıracaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.