Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp pandemiya dövrüdən ilk dəfə maska ilə göründü - FOTO

Baxış: 368
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.
TASS xəbər verir ki, amerikalı dövlət başçısı Vaşinqtondan kənarda yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” xəstəxanasına baş çəkib.
Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.
“Düşünürəm ki, maska ​​taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.