Sərhədlər bağlı olduğu üçün mart ayından bəri Azərbaycanda qalan Tunisin ağırlıqqaldırma üzrə millisi bu gün ölkəmizi tərk ediblər.Oxu.Az-ın xəbərinə görə, Tunis millisinin misirli baş məşqçisi Xalid Korani, eləcə də, dörd atlet – Kərəm Ben Hnia, Aymen Başa, Nuha Landulsi və Şaima Rahmuni bu gün Bakıdan saat 11:30-da İstanbula uçan təyyarədə yerlərini alıb.


[video=] 

































