Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İtlər koronavirusun aşkar edilməsinə cəlb olunacaq

Baxış: 300
Avropanın bir neçə ölkəsində itlərə COVID-19-u aşkarlaya bilmək istiqamətində təlimlər keçirilir.
Tədqiqatlara görə, itlər virusun mövcudluğunu 80-90 faiz təyin edə bilir.
Finlandiyalı alimlər payıza qədər sərhəd nəzarət məntəqələrində koronavirusa yoluxmuş insanları aşkarlaya biləcək itlərin xidmətə tam hazır olacağını ehtimal edirlər.
“Hamımız virusun hava limanlarında, təlim və tibb müəssisələrində dərhal aşkar edilməsinə ehtiyac duyuruq. Təcrübəmiz göstərir ki, itlər buna qadirdirlər, buna görə Xarici İşlər Nazirliyi və sərhəd xidmətlərinin nümayəndələri ilə əlaqə saxlayırıq”, - deyə “İzvestiya” nəşrinə açıqlamasında Finlandiyanın “DogRisk” tədqiqat qrupunun rəhbəri Anna Helm-Berkman bildirib.
Qeyd olunur ki, mövcud eksperiment Almaniya Silahlı Qüvvələri tərəfindən də aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.