Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR

Baxış: 81
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR


ABŞ hərbçiləri İrana qarşı yeni zərbə planları hazırlayıblar. Bu planlarda Amerika ordusunun arsenalında olan ən böyük qeyri-nüvə silahının - "bütün bombaların anası" kimi tanınan GBU-43/B MOAB aviasiya bombasının tətbiqi nəzərdə tutulur.

Bu barədə CNN telekanalı sözügedən hərbi planlarla bağlı müzakirələrdən xəbərdar olan bir neçə ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, mümkün hədəflər sırasına İranın enerji infrastrukturu və nüvə obyektləri, o cümlədən "Pikaks" dağındakı obyekt daxil ola bilər.

ABŞ prezidenti Donald Tramp hərbçilərə əlavə hücum ssenariləri hazırlamağı tapşırıb. Vaşinqton və İsrailin qiymətləndirmələrinə görə, İran sözügedən obyektdə öz nüvə proqramının komponentlərini saxlayır.

CNN vurğulayır ki, MOAB bombasının tətbiqi münaqişənin kəskin şəkildə eskalasiyasına (şiddətlənməsinə) səbəb ola bilər. Bununla belə, bəzi amerikalı rəsmilər yeni zərbələrin strateji məqsədlərə çatmağa və müharibəni yekunlaşdırmağa imkan verəcəyinə şübhə edirlər.

Telekanal onu da qeyd edir ki, aralıq seçkiləri ərəfəsində Tramp amerikalıların artan narazılığı ilə üz-üzə qalıb. Tehranla danışıqların perspektivləri isə hələ də qeyri-müəyyən olaraq qalır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.