Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı

Baxış: 90
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı


Türkiyənin İstanbul şəhərində güclü yağış və fırtına faciəyə səbəb olub.
Bu barədə "Haber Global"a istinadla xəbər verir.

Belə ki, güclü yağış və fırtına nəticəsində Fatih rayonunda su yığıntısında elektrik cərəyanının vurduğu 14 yaşlı M.İ. və Sarıyer rayonunda sel sularında yıxılaraq başını vuran 34 yaşlı S.Y. həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, İstanbulda  yağan güclü leysan nəticəsində bir sıra əraziləri su basıb, nəqliyyatda və gündəlik həyatda ciddi çətinliklər yaranıb.

Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib və ağaclar aşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.