Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı

Baxış: 72
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı


BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunub.

Fidan bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Nyu-Yorkda təşkil etdiyi “100-cü ilə qədəm qoyan Türkiyə–ABŞ münasibətləri” panelində çıxışı zamanı danışıb.

Fidan Türkiyə–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmamalı, regional sülh və təhlükəsizliyə də töhfə verməlidir.

Türkiyə XİN rəhbəri bu kontekstdə Qafqaza toxunaraq, Türkiyənin Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini vurğulayıb.

Fidan Türkiyə və ABŞ-nin Yaxın Şərqdən Qafqaza və Balkanlara qədər bir sıra regional məsələlərdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Nazir həmçinin Qara dənizdə gərginliyin azaldılması, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və bölgənin qarşıdurma deyil, əməkdaşlıq məkanı kimi qalmasının vacibliyindən danışıb.

Fidan Ukraynada davamlı sülhə nail olmaq üçün dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayıb. O, Balkanlardakı proseslərə, eləcə də Yaxın Şərq, Qəzza və Suriyadakı vəziyyətə də toxunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.