Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama

Baxış: 72
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama


Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşma prosesi və ticari əlaqələrin qurulması ilə bağlı rəsmi açıqlma verib.

Bu barədə açıqlama verən Türkiyə XİN sözçüsü Öncü Keçeli Ankara ilə İrəvan arasında birbaşa ticari əlaəqlərə başlayır.

“2022-ci ildən bəri davam edən Ermənistanla münasibətlərin normallaşma prosesi çərçivəsində və görülən etimad quruculuğu tədbirlərinin bir hissəsi olaraq, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatıb.

İki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər hələ də davam edir.

Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə, oradan isə Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək Ermənistandan gələn malların son təyinat yerini və ya mənşə yerini "Ermənistan/Türkiyə" kimi yazmaq mümkündür.

Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi üçün tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək”, - o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.