Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi

Baxış: 320
Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sunun ölümündən əvvəl yazdığı məktubun mətni dərc olunub.
Bu barədə yerli “Yönhap” agentliyi məlumat yayıb.
Mer məktubunda ölümünə görə xalqından və ailəsindən üzr istəyərək, meyiti kremasiya olunandan sonra külünü valideynlərinin məzarı üstünə səpməyi vəsiyyət edib.
Qeyd edək ki, ötən gün Seul şəhərinin meri itkin düşmüşdü.
Hüquq-mühafizə orqanlarının apardığı axtarışlar nəticəsində 64 yaşlı Pak Von Sunun meyiti paytaxtın yaxınlığında yerləşən meşə zolağından tapılmışdı. Cəsədin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.