Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə holdinq rəhbəri həbs edildi

Baxış: 144
Türkiyədə holdinq rəhbəri həbs edildi


Türkiyənin tanınmış “Can Holding” şirkətlər qrupuna qarşı aparılan istintaq çərçivəsində 11 nəfər barəsində həbs qərarı çıxarılıb.

“Bu barədə Türkiyə KİV məlumat yayıb.

İstintaq çərçivəsində saxlanılan şübhəlilər ifadə verdikdən sonra prokurorluq onların həbs olunması üçün vəsatətlə məhkəməyə müraciət edib. İstanbul məhkəməsi həmin şəxsləri “cinayətkar təşkilata üzv olmaq” və “cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırmaq” maddələri ilə təqsirli bilərək həbs edib.

Həbs olunanlar arasında “Can Holding”in İdarə Heyətinin sədri Kenan Tekdağın da adı var.

Qeyd olunur ki, holdinqə daxil olan bəzi şirkətlərin vasitəsilə cinayətkar strukturun yaradıldığı və bu yolla maliyyə fırıldaqları törədildiyi iddiası ilə araşdırmalar davam etdirilir. İstintaq çərçivəsində holdinqə qarşı bir neçə əməliyyat həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.