Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orban "üsyan" xəbərdarlığı etdi

Baxış: 135
Orban "üsyan" xəbərdarlığı etdi


Macarıstanın Baş naziri Viktor Orban Polşanın Avropa İttifaqının (Aİ) miqrasiya paktını tətbiq etməkdən imtinasının Avropada "üsyan"a çevriləcəyi barədə xəbərdarlıq edib.

Orban bu barədə "X" sosial media hesabındakı paylaşımında bildirib.

O bildirib ki, Avropa dəyişir:

"Prezident Karol Navrocki Polşada miqrasiya paktını tətbiq etməyi rədd edir. Biz də bunu qəbul etmirik. İndi ikimizik. Əgər üçüncü ölkə də qoşularsa, bu artıq üsyan olacaq".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.