Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

Baxış: 184
Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var


İyulun 9-dan 10-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.

AZƏRTAC-ın məlumatına görə, ilk öncə zərbə dronları ilə müxtəlif istiqamətlərdən Kiyevə kütləvi hücum olunub, partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb. Daha sonra Kiyevə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Şəhərdə çoxsaylı dağıntılar var, yaşayış binaları ciddi ziyan görüb.

Kiyev şəhərinin meri Vitali Kliçkonun verdiyi məlumata görə, paytaxtın Qoloseyev, Şevçenko, Solomin, Darnitsa, Svyatoşin və Podol rayonlarında dağıntılar qeydə alınıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, hava hücumu zamanı Kiyevin 8 rayonunda yaşayış, tibb, təhsil, ticarət və nəqliyyat infrastrukturuna ziyan dəyib. Podolsk rayonunda 2 qadın - 68 yaşlı sakin və 22 yaşlı metropolitenin polis əməkdaşı həlak olub, 20-dən çox insan xəsarət alıb. Dağıntıların altında qalanların olduğu istisna edilmir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.