Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail İrana hücumun detallarını açıqladı

Baxış: 138
İsrail İrana hücumun detallarını açıqladı


İsrailin Müdafiə ordusu İran ərazisinə endirilən zərbələrin detallarını açıqlayıb.

“Qafqazinfo” İsrail ordusunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi iştirak edib.

Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib. 

İsrail ordusunun nümayəndəsi Efi Defrin qeyd edib ki, zərbə zamanı 300-dən çox müxtəlif silah-sursatdan istifadə edilib: “Pilotlar İranın müxtəlif bölgələrində hərbi və nüvə proqramı obyektlərinə zərbələr endirib”.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi məmurları həlak olub. Eyni zamanda, “Tasnim” hücum zamanı 6 nüvə aliminin öldüyünü açıqlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.