Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Marko Rubio Azərbaycan xalqını təbrik etdi

Baxış: 164
Marko Rubio Azərbaycan xalqını təbrik etdi


ABŞ Dövlət katibi Marko Rubio 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Təbrik ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

“Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm.

Biz Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün mühüm əhəmiyyət kəsb edən regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq. 

Son 33 il ərzində qurulmuş tərəfdaşlığımız təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişafda ümumi maraqları irəlilətməyə davam edir. Birləşmiş Ştatlar Azərbaycan konstitusiyasına uyğun olaraq Azərbaycanda fundamental azadlıqları, o cümlədən mətbuat azadlığını dəstəkləməyə sadiqdir. Biz əməkdaşlığımızı dərinləşdirməyə və Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik” , təbrikdə deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.