Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət katibi: Rusiya atəşkəsə hazırdır, lakin...

Baxış: 196
Dövlət katibi: Rusiya atəşkəsə hazırdır, lakin...


Rusiya Qara dənizdə atəşkəsə razılaşmağa hazırdır, lakin sanksiyaların ləğvi müqabilində bunu edəcək. 
Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubio bildirib ki, bəzi şərtlər arasında ABŞ-nin tətbiq etmədiyi sanksiyalar da var.
"Bu şərtlərdən bəzilərinə bizim olmayan sanksiyalar daxildir. Bunlar Avropa İttifaqı tərəfindən tətbiq edilib. Ona görə də  nümayəndələrimiz geri qayıdanda biz masa arxasına əyləşəcəyik. Moskvanın təkliflərini müzakirə edəcəyik, Rusiyanın mövqeyinin nə olduğunu və bunun müqabilində nə istədiklərini daha yaxşı başa düşəcəyik", - o deyib.
Rubio əlavə edib ki, Rusiyanın mövqeyini müəyyən etdikdən sonra məsələ prezident Donald Trampa təqdim ediləcək  və o, ABŞ-nin bundan sonra hansı addımı atacağı bərədə qərar verəcək.
O eyni zamanda atəşkəsin müzakirəsi faktının özünü müsbət hal kimi dəyərləndirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.