Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb

Baxış: 204
Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb


Litvanın Belarus sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı bölgədə təlim zamanı itkin düşən 4 ABŞ əsgəri ölüb.

Bu barədə Polşada rəsmi səfərdə olan NATO baş katibi Mark Rutte məlumat verib.  

“Litvada baş verən hadisədə dörd Amerika əsgəri həlak olub”, - NATO baş katibi Mark Rutte qeyd edib. Lakin o hadisənin təfərrüatlarını bilmədiyini söyləyib.

NATO-dan verilən açıqlamada qeyd olunub ki, 4 amerikalı əsgər avtomobillə Litvanın Belarusla sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı ərazidə taktiki təlim keçərkən itkin düşüb. Onların öldürüldüyü bildirilib. 

Axtarışa Litva və müttəfiq ölkələrin hərbi qulluqçuları, həmçinin Litva Hərbi Hava Qüvvələrinin helikopterləri, Dövlət Sərhəd Xidmətinin bölmələri və Yanğından Mühafizə və Xilasetmə İdarəsinin əməkdaşları cəlb olunub. Bir neçə saat sonra batmış zirehli maşın poliqon ərazisinin su hövzəsində aşkar edilib.

"Baltic News Service" (BNS) agentliyi xəbər verir ki, 4 amerikalı hərbçinin ölümündə Rusiya və Belarus xüsusi xidmət orqanları dayana bilər. Bu versiyanın rəsmi təsdiqi yoxdur, lakin məlumat Litva və Amerika mediasında fəal şəkildə yayılır.

Hazırda xarici kəşfiyyat xidmətlərinin mümkün müdaxiləsini dəstəkləyən heç bir sübut təqdim edilməyib. Litva və ABŞ-nin rəsmi strukturlarının nümayəndələri faciənin səbəblərinin araşdırılmasına diqqət yetirərək bu fərziyyələri hələ şərh etməyiblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.