CHP İmamoğlunun yerinə onu GƏTİRİR
Tarix: 26-03-2025, 09:36
/
Baxış: 253
İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) göstərəcəyi başqan vəkili namizədi müəyyənləşib. Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir.
“Haberler.com” xəbər verir ki, kulis məlumatlarına görə, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məclisi 314 üzvdən ibarətdir və partiyalar üzrə bölgü belədir:
CHP – 185 üzv
AKP – 120 üzv
MHP – 6 üzv
BBP – 2 üzv
Əvvəlcə CHP daxilində Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş, Böyükçekməcə Bələdiyyəsinin sədri Hasan Akgün və Eyüpsultan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen kimi adlar namizəd kimi nəzərdən keçirilsə də, seçkiyə az qalmış əsas namizəd Nuri Arslan olub.
Jurnalist və keçmiş CHP millət vəkili Barış Yarkadaş sosial media hesabında açıqlama verərək, CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. O qeyd edib ki, CHP-nin sədr müavini Gökan Zeybek məclis üzvləri ilə görüşdə "Namizədimiz Nuri Arslandır" deyə bəyan edib.
Jurnalist Şaban Sevinç isə sosial media hesabında paylaşım edərək "Əkrəm İmamoğlunun yerinə İBB Məclisi 1-ci Başqan Vəkili Nuri Arslan gəlir" ifadəsini işlədib.
Nuri Arslan Kimdir?
Nuri Arslan 1969-cu ildə Sivas şəhərində doğulub. İlk və orta təhsilini İstanbulda tamamladıqdan sonra 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik Fakültəsinin Gəmi İnşaatı (Gəmi Maşınları) bölümünü bitirib.
Karyera:
✔ 1999-2004 – Küçükçekməce Bələdiyyə Məclis Üzvü
✔ 2009-2017 – Türk Qızıl Aypara (Kızılay) Küçükçekməce Başqan Vəkili
✔ 2014-2018 – Beylikdüzü Sənaye və İş Adamları Dərnəyi (BEYSİAD) Başqanı
✔ 2014-2021 – İstanbul Sənaye və İş Adamları Federasiyası (İSİFED) İdarə Heyəti Üzvü
✔ 2009-2020 – Sivas Koyulhisar və Köyləri Xeyriyyə Vəqfi (KODAV) Başqan Vəkili
✔ 2011-2019 – Beylikdüzü Şəhər Şurası İcra Komitəsi Üzvü
✔ 2019-2024 – Beylikdüzü Bələdiyyəsi və İBB Məclis Üzvü
✔ 31 Mart 2024 – Beylikdüzü və İBB Məclisinə yenidən seçildi
✔ 15 Aprel 2024 – İBB Məclisi 1-ci Başqan Vəkili seçildi
Ailəlidir, 3 övladı var.
Digər xəbərlər
Xəbər lenti
21:48
05-12-2025
05-12-2025
20:33
05-12-2025
05-12-2025
19:44
05-12-2025
05-12-2025
19:34
05-12-2025
05-12-2025
18:51
05-12-2025
05-12-2025
18:31
05-12-2025
05-12-2025
18:21
05-12-2025
05-12-2025
17:49
05-12-2025
05-12-2025
17:33
05-12-2025
05-12-2025
16:53
05-12-2025
05-12-2025
16:00
05-12-2025
05-12-2025
15:46
05-12-2025
05-12-2025
15:19
05-12-2025
05-12-2025
15:18
05-12-2025
05-12-2025
15:16
05-12-2025
05-12-2025
15:00
05-12-2025
05-12-2025
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma və Əkinçilikdə Sahibkarlıq: Torpaq Bərəkətindən Biznes Gəlirinə
05-12-2025 22:11
/
18
Əkinçilikdən Turşu və Mürəbbəyə Sahibkarlıq Modeli: Fermerlər İl Boyu Gəlir Yaratır
05-12-2025 21:48
/
27
Taxılçılıqdan Premium Satışa: Fermer Sahibkarlar Sezon Məhsulunu İl Boyu Satır
05-12-2025 21:18
/
36
Toxumçuluqdan Brend Məhsula Sahibkarlıq: Kənd Məhsulu Rəqəmsal Bazarda
05-12-2025 20:43
/
45
Balıqçılıqdan Brend Biznesə: Dəniz Məhsulunu Sahibkarlığa Çevirmək
05-12-2025 20:33
/
36
Meyvə və Tərəvəz Yığımından Sahibkarlığa: Fermerlər Premium Satış Yaratır
05-12-2025 20:16
/
63





































