Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

10 mindən çox hərbçi döyüşə yararsızdır - Britaniya MN

Baxış: 204
10 mindən çox hərbçi döyüşə yararsızdır - Britaniya MN


Britaniya silahlı qüvvələrinin 10 mindən çox üzvü döyüş əməliyyatlarına tibbi baxımdan yararsız hesab edilir.

Azərtac xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən parlamentə təqdim olunan yazılı bəyanatda bildirilib.

Qeyd olunub ki, silahlı qüvvələrdə 99 min 560 nəfər tam döyüş qabiliyyətinə malikdir. Bununla yanaşı, 14 min 350 nəfər məhdud döyüş qabiliyyətlidir, 13 min 522 nəfər isə ümumiyyətlə döyüşə yararsızdır.

Bu o deməkdir ki, 14 min 350 nəfər yalnız müəyyən şərtlər altında döyüşdə iştirak edə bilər. Bu şərtlərə ekstremal hava şəraitindən, yüksək səs-küydən və ya kimyəvi maddələrdən uzaq qalmaq kimi tibbi tələblər daxildir.

Qeyd edək ki, bir müddət öncə müdafiə naziri Con Hili Britaniya ordusunun hazırkı vəziyyətdə müəyyən əməliyyatlar keçirmək iqtidarında olduğunu, lakin ölkəni düşmən hücumundan qorumaq və ya hər hansı bir işğalın qarşısını almaq iqtidarında olmadığını bildirmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.