Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əsədin neçə milyard dollarla qaçdığı bəlli oldu

Baxış: 211
Əsədin neçə milyard dollarla qaçdığı bəlli oldu


Bəşər Əsədin Suriyanı tərk edib Rusiyaya qaçarkən neçə milyard dollar qaçırdığı üzə çıxıb.

Əsəd ölkəni tərk edərkən 135 milyard dollar aparıb.

Bu barədə Əsəd rejiminin kəşfiyyat orqanlarında çalışan Halid Beyye açıqlama verib. 

Əsədin 135 milyard dollar qaçırdığını açıqlayan Halid Beyye bunları da deyib: “Son hadisələr öncəsi Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma baş verdi. Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında ciddi münaqişə yarandı.  Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifətin Dəməşqə gəlməsi ilə nəticələndi" .

Beyye bildirib ki, bu hadisələr zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.