Day, Month 00, Year
00: 00: 00 AM
Son xəbər: Ayşenur Eyginin cənazəsi Türkiyədədir

İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülən türkiyəli fəal Ayşenur Ezgi Eyginin cənazəsini daşıyan təyyarə Bakıdan İstanbula gəlib.

Hava limanında keçiriləcək mərasimdən sonra Ayşenur Ezgi Eyginin cənazəsi dəfn olunmaq üçün təyyarə ilə İzmirə, oradan da məmləkəti Aydının Didim mahalına göndəriləcək.


İSRAİL ƏSGƏRLƏRİ EYQİ ÖLDÜRÜR

İşğal altındakı İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail əsgərləri iştirakçılara atəş açıb.

Fələstinlilərə dəstək nümayişinə qatılan və ABŞ vətəndaşlığı olan Eygi başından güllə yarası alıb və ağır yaralanıb. Fələstin xəstəxanasına aparılan Eygini sentyabrın 6-da edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi idi.

2003-cü ildə İsrail buldozeri tərəfindən əzilərək öldürülən ABŞ vətəndaşı Rachel Corrie də eyni hərəkatın üzvü idi.

Prezident Rəcəb Tayyib Ərdoğan Eyginin qətlini pisləyib və İsrailin insanlığa qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün hər platformada səy göstərməyə davam edəcəklərini bildirib.

Tarix: 13-09-2024, 12:00 Oxunub: 11


Bölməyə aid digər xəbərlər