Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident Ərdoğan ABŞ-a səfər edib

Baxış: 289
Prezident Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə ABŞ-ın paytaxtı Vaşinqtona gəlib.

Prezident Ərdoğanı Andrews Hərbi Hava Bazasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və digər əlaqədar şəxslər qarşılayıblar.

Ərdoğan və xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, Prezidentin özəl katibi Həsən Doğan, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç, kommunikasiyalar üzrə vitse-prezidenti Çağatay Özdemir və AK Partiya Ümumi Müdir müavini Çiğdem Karaaslan da Vaşinqtona gəldi.

NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində dövlət və hökumət başçılarının görüşünə qatılacaq Ərdoğan bu gün NATO-nun 75-ci ildönümünü anma tədbirinə qatılacaq.

Prezident Ərdoğan bəzi dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.