Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb

Baxış: 311
Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.
"Sahibkartv.az"ın xəbərinə görə, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.
Sonra dövlət başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdiriblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.