Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putin: "Avropalılar buna görə Türkiyəyə minnətdar olmalıdırlar"

Baxış: 355
Putin “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb. Rusiya prezidenti əlavə edib ki, avropalı tərəfdaşlar qaz kəmərinin fasiləsiz işləməsinə görə Türkiyəyə minnətdar olmalıdırlar.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.
“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü açaraq deyib.
Putin əlavə edib ki, “Türk axını” problemsiz işləyir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.
“Türk axını” bizim karbohidrogenlərin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir” deyən Putin, təkcə Türkiyədəki istehlakçılar üçün deyil, həm də Avropadakı istehlakçılar üçün tədarük nəzərdə tutduğunu qeyd edib.
“Məncə, Avropalı tərəfdaşlar. qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır”, - Rusiya dövlətinin başçısı vurğulayıb.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.