Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Zəfər” zirvəsinə “Dəmir yumruq” ekspedisiyası təşkil olunub - VİDEO

Baxış: 188

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin və Baku TV-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.
Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş edib.
Dəniz səviyyəsindən 4 301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.