Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Baxış: 277

“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Birlikdən Sahibkartv.az-a verilən məlumata görə, 8 və 9 noyabr bayram günlərində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində saat 10:00-dan 14:00-dək xidmət göstərəcəklər.
“Azəriqaz”dan bildirilib ki, İstehsalat Birliyi abonentlərdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.