Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - FOTO

Baxış: 342



Qubadlı rayonunda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən yeddi avtomat, iki pulemyot, bir qumbaraatan, bir minaatan qurğusu, 42 qumbara, 314 qumbaraatan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitə və digər sursatlar aşkarlanıb.
Bundan əlavə Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi yeddi tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.