Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəmiçilik şirkətində iclas - GƏLİR VƏ XƏRCLƏRİ NƏZƏRDƏN KEÇİRİLDİ

Baxış: 330

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
Cəmiyyətdən verilən məlumata görə, müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda ASCO-nun MŞ-nın verdiyi qərar və tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib, eləcə də Cəmiyyətdə daxili audit fəaliyyətinin təşkilinə dair MŞ-nın Komitələrindən daxil olmuş təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.
Cəmiyyətin ötən il üzrə gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi ətrafında müzakirələr aparan Müşahidə Şurası növbəti il üzrə gəlir və xərclər smetasının ilkin göstəricilərini nəzərdən keçirib.
İclasda həmçinin, ASCO-nun mümkün risklərin nəticələrinin azaldılması və qarşısının alınması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi, o cümlədən 2020-2021-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf Haqqında Hesabatı”na dair məsələlərlə bağlı iclas iştirakçılarının rəyləri dinlənilib.
Müşahidə Şurasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər cari məsələləri ilə bağlı da müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.