Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid gizir Cəmil Həşimlinin anım mərasimi keçirilib - FOTO/VİDEO

Baxış: 315
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi zamanı şəhid olan gizir Cəmil Həşimlinin xatirəsinə həsr olunmuş növbəti anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, anım mərasimində şəhidin ailəsi, dostları, Nazirliyin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidin həyatından, vətənpərvərliyindən, keçdiyi döyüş yolundan və göstərdiyi şücaət nümunələrindən danışılıblar.
Şəhidin anası Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.