Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib - FOTO

Baxış: 379
Ötən gün Bakıda Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib. Tədbir Moldovanın Azərbaycandakı Səfirliyinin, Moldovanın “Cricova” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin təşkilatçılığı, “The Cheese restaurant”ın və “Qusardan” brendinin dəstəyi ilə həyata keçirilib.
Sahibkartv.az xəbər verir ki, mərasimdə Moldovanın Azərbaycandakı səfirinin vəzifəsini müvəqqəti icra edən, eyni zamanda bu ölkənin Azərbaycandakı konsulu Nikolai Kojuxari, “Cricova” şərab kombinatının direktoru Denis Şova, satış və marketinq departamentinin rəhbəri Sergiu Teodorescu, həmçinin Avropanın Azərbaycanda akkreditasiya olunmuş səfirlər və səfirliklərinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.
Qonaqlara Moldovanın şərabçılıq ənənələri və “Milli Şərabçılıq Günü” ilə bağlı məlumat verən “Cricova” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Niyaməddin Mustafayev qeyd edib ki, bu bayram Azərbaycanda ilk dəfədir qeyd edilir. O, həmçinin ölkəmizdə Moldova şərablarına böyük marağın olduğunu qeyd edib.
Qeyd edək ki, 2001-ci ildən etibarən hər il oktyabrın 2-i Moldovada rəsmən “Milli Şərabçılıq Günü” bayramı kimi qeyd edilir. 3000 ildən çox şərabçılıq ənənəsi olan rəsmi Kişinyov 2013-cü ildən Avropa İttifaqında tanınan şərabçılıq klassifikasiyasına layiq görülüb. Bu gün Avropanın 11 ən yaxşı şərab istehsalçısı arasında yer alan bu kiçik ölkənin 126 min hektardan çox ərazisi şərabçılıq üçün əkilən üzüm sahələridir.















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.