12:03 / 10-12-2024
10:49 / 10-12-2024
10:20 / 10-12-2024
10:03 / 10-12-2024
09:59 / 10-12-2024
09:40 / 10-12-2024
09:32 / 10-12-2024
09:27 / 10-12-2024
09:17 / 10-12-2024
22:13 / 09-12-2024
21:43 / 09-12-2024
21:17 / 09-12-2024
20:49 / 09-12-2024
20:23 / 09-12-2024
20:00 / 09-12-2024
19:41 / 09-12-2024
19:19 / 09-12-2024
17:00 / 09-12-2024
16:47 / 09-12-2024
15:42 / 09-12-2024
15:30 / 09-12-2024
15:00 / 09-12-2024
14:23 / 09-12-2024
14:11 / 09-12-2024
13:29 / 09-12-2024
13:24 / 09-12-2024
Balıqçılardan 287 660 manat rüşvət almaqda təqsirli bilinən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baxılıb.
Prosesdə şahid ifadələri dinlənilib.
Şahidlər 2014-cü ildən balıq ovu ilə məşğul olduqlarını, lakin fəaliyyətləri zamanı hər hansı şəxsə rüşvət vermədiklərini bildiriblər. Onlar ifadələrində müvafiq lisenziya alaraq balıq ovu ilə məşğul olduqlarını deyiblər.
Təqsirləndirilən şəxslərdən Fikrət Paşayevin vəkili məhkəməyə vəsatət təqdim edib. O xahiş edib ki, Fikrət Paşayevin qayınanası dindirilsin. Vəsatətə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı F.Paşayevin evində müsadirə olunan pulların içində təqsirləndirilən şəxsin qayınanasına məxsus vəsait də olub. Vəsatətə görə, təqsirləndirilən şəxsin qayınanası həmin dövrdə ev satıb və qeyd olunan vəsaiti ev satışından əldə olunmuş gəlirdir.
Hakim vəsatəti qəbul edib və növbəti prosesdə F.Paşayevin qayınanasının dindirilməsini məqbul sayıb.
Proses avqustun 27-də davam etdiriləcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu mövsümündə Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Bölməyə aid digər xəbərlər