Day, Month 00, Year
00: 00: 00 AM
Paytaxtda yeddi küçə təmir olundu - FOTO


Bakı şəhəri, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan yeddi küçə və yolda təmir işləri aparılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Rizvan Teymurov küçəsinin 1 200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Cəmşid Naxçıvanski küçəsinin 1 000, Bəhruz Nuriyev küçəsinin 900, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin isə 600 metr uzunluğa malik hissələri təmir edilib.
Aparılan təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib və əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.











Tarix: 19-08-2021, 16:48 Oxunub: 159


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı